Rahattap.az - Elan və Ticarət platformasıdır. Sayt istər elan yeri, istər bazar yeri, istərsə də reklam üçün innovativ həllər təklif edir. Hər gün minlərlə istifadəçinin ziyarət etdiyi Rahattap.az daim təkmilləşir və dünya trendləri ilə ayaqlaşmağa çalışır.
PULSUZ ELANLAR
Rahattap.az hər cür ikinci əl məhsulları və şəxsi əşyaların satışı üçün ən optimal platformadır. Yüzlərlə bölmə və yarımbölmələr üzrə istənilən elanı yerləşdirmək və onminlərlə alıcıya çıxmaq olar. Avtomobil, daşınmaz əmlak, şəxsi əşyalardan tutmuş, xidmət və iş elanlarına qədər hər cür qanuni elana platforma açıqdır.
KOMMERSİYA ELANLARI
Fiziki şəxslər, kiçik biznes subyektləri Rahattap.az vasitəsi ilə öz məhsullarını bütün ölkəyə sata, çatdıra bilər.
MAĞAZALAR
Rahattap.az-da şirkət və biznes subyektləri öz şəxsi mağazalarını aça və saytın onlara özəl olaraq təqdim etdiyi üstün funksiyalardan yararlanmaqla öz biznes məhsulunu bütün ölkəyə tanıda və satışnı həyata keçirə bilər.
SAYTDA MAĞAZA YARATMAĞIN QAYDALARI
Rahattap.az saytında mağaza səhifəsi açmaq çox asan və sadədir. Bunun üçün heç bir yerə getməyə və ya hər hansı bir müqavilə bağlamağa ehtiyac yoxdur. Sadəcə olaraq saytda qeydiyyatdan keçmək və öz kart hesabınızdan onlayn ödəniş etməklə saytın sizə təqdim etdiyi aylıq və ya illik paketlərdən istifadə edə bilərsiniz.
MAĞAZA SƏHİFƏSİNİN ÜSTÜNLÜKLƏRİ
Rahattap.az saytında mağaza səhifəsi açan hər bir mağaza sahibinə Rahattap.az tərəfindən sərbəst istifadəçi paneli təqdim olunur. Adi elanlardan fərqli olaraq hər bir mağaza sahibi öz məhsulu haqda bütün məlumatları, şəkilləri və video çarxları məhdudiyyətsiz olaraq ay ərzində sayta yükləyə, dəyişə və yeniliyə bilər.
Rahattap.az saytında mağaza səhifəsi adi elanlara nisbətdə daha çox ziyarət olunur və izlənlənilir. Brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş auditoriyaya yayılmasına nail olacaq, və həmçinin şirkət və ya mağazalarınızın ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.